+2 səs
152 baxış
Tibb, Sağlamlıq bölməsində

Ossi̇fi̇x forte  dərmanı 

1 cavab var:

0 səs
Kalsium sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir, həmçinin sinir-əzələ keçiriciliyində iştirak edir. Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Spazmolitik təsiri var. Sink sümüklərdə regenerasiya proseslərini stimulyasiya edir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini yaxşılaşdırır. Xolekalsiferol orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. OSSİFİX FORTE calsium və fosfor, la – hidroksivitamin D3 mübadiləsinin tənzimləyicisidir. Preparat bağırsaqda calsium və fosforun absorbsiyasını, böyrəklərdə reabsorbsiyasını artırır; sümük toxumasının minerallaşmasını tənzimləyir. Ossifix-in təsir mexanizmi onun tərkibinə daxil olan komponentlərin xüsusiyyətləri ilə təyin olunur. Lizin əvəz olunmayan aminturşudur, absorbsiyası üçün vacib olan vitamin D ilə kombinasiyada sümük toxumasının, dişlərin düzgün formalaşması və inkşafına səbəb olaraq osteoporozun qarşısını alır. Sink reproduktiv orqanların, prostat vəzinin, piy vəzilərinin funksiyasının, zülal və kollagen sintezinin tənzimlənməsi, immun sistemin müdafiə funksiyasının, yara sağaldıcı effektin artırılması üçün vacibdir. Sink qaraciyəri kimyəvi təsirlərdən müdafiə edir və sümüyün regenerasiyasında mühüm rol oynayır. İnsulinin əsas tərkib hissəsidir, sərbəst radikalların yaranmasının qarşısını alır. L-lysine bütün zülalların tərkibinə daxildir. Uşaqlarda sümük və boy artımında, böyüklərdə calsiumun bağırsaqda sorulması və azot mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Lizin antitel, hormon, fermentlərin sintezi, kollagenin formalaşması və toxuma regenerasiyasında iştrak edir, epitelial hüceyrələrin sərbəst radikalların təsirindən müdafiəsini təmin edir. Bu aminturşunun defisiti anemiya, göz almasında qansızmaya, fermentativ pozğunluqlara, yorğunluq və halsızlıq, boy artımının, bədən çəkisinin azalmasına səbəb olur. Genitial və dodaqda herpes residivlərinin yaranmasının qarşısını alır. Yaddaşı, dırnaq və tüklərin strukturunu yaxşılaşdırır. OSSİFİX herpes və kəskin respirator infeksiyalara virusəleyhinə təsir göstərir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...