+1 səs
152 baxış
Tibb, Sağlamlıq bölməsində

Offdol geli

1 cavab var:

0 səs
Evkalipt efir yağı - güclü fitonsid təsirə malikdir. Tərkibində bir çox aktiv komponentlər (sineol, aldehid, orqanik turşular, flavonoidlər) vardır. Evkalipt efir yağı tərkibindəki sineolun hesabına ağrıkəsici, iltihabəleyhinə, antiseptik və regenerasiyaedici xüsusiyyətlərə malikdir. Kəklik üzümünün yarpaqlarının efir yağı - kəklik üzümünün yarpaqları metilsalisilat (98%), formaldehid, qaulterilin ilə zəngin olduğu üçün güclü ağrıkəsici, iltihabəleyhinə və revmatizməleyhinə təsir göstərir. Qərənfil efir yağı - əsas komponenti evqenoldur (85 %). Həmçinin tərkibində asetilevqenol, kariofillen, vanilin kimi maddələr var. Qərənfil efir yağı tonuslandırıcı xüsusiyyətə malik olub, dəridə qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır. Zədələnmələr zamanı ağrıkəsici və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Şam ağacının efir yağı - tərkibi pinen, silvestren, kadinen, terpineol və qətran turşuları ilə zəngindir. Miozit, nevralgiya, osteoxondroz, artrit zamanı şam ağacının efir yağı ağrıkəsici təsir göstərir, periferik qan dövranını yaxşılaşdırır, ödemi aradan qaldırır. Limon efir yağı - ağrıkəsici, antiseptik, iltihabəleyhinə təsirlərə malikdir. Zədələnmiş kapilyarları bərpa edir, fiziki gərginlikdən sonra və revmatizm zamanı əmələ gələn əzələ ağrılarını aradan qaldırır. Ağ söyüd qabığının ekstraktı - ağrıkəsici, iltihabəleyhinə, antioksidant, regenerasiyaedici xüsusiyyətləri var. Ekstrakt oynaqlarda olan şişkinlik, qızartı, istilik hissini və ağrını aradan qaldırır. Dərinin maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır, bununla da dərinin oksigenlə və qidalı maddələrlə təminatını yaxşılaşdırır. Dağ arnikasının ekstraktı - iltihabəleyhinə, ağrıkəsici və sağaldıcı xüsusiyyətlərə malikdir. Tərkibində qanın mikrosirkulyasiyasını və dərinin qidalanmasını yaxşılaşdıran bioloji aktiv maddələr var. Epidermisə dərin nüfuz edərək qan dövranını yaxşılaşdırır və şişkinliyi aradan qaldırır. Mentol - iltihabəleyhinə, yerli ağrıkəsici və sərinləşdirici təsirlərə malikdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...