+1 səs
406 baxış

Protektorat nədir?

4 Cavab

0 səs

Protektorat (lat. “protector” - havadar) - güclü dövlətin zəif dövlətə rəsmi havadarlığıdır. Bəzən bunun arxasında özgə ərazilərin tutulması gizlənir. Beləcə İkinci Dünya müharibəsinin başlanğıcında Hitler, Çexiya və Moraviyanı tutub, bu əraziləri faşist Almaniyasının protektoratı elan etdi.

Böyük Britaniya əslində 1882-ci ildə işğal etdiyi Misir üzərində 1914-cü ildə protektorat təsis etmişdi.

0 səs
İdarə üsulu; müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən asılılıq forması; belə asılılıq vəziyyətində olan ərazi və ya dövlət. □ Protektorat dövlət.
0 səs
1653–1659-cu illərdə İngiltərədə hərbi diktatura rejimi.

Bu rejimdə bütün hakimiyyət lord-protektor O.Kromvelin əlində cəmlənib. Kromvelin ölümündən sonra onun böyük oğlu Riçard lord-protektor titulundan imtina edib. Bununla da İngiltərədə P.-lığa son qoyulub.
0 səs
Dövlətin asılılıq forması.

Müstəmləkədən fərqli olaraq protektorat sayılan ölkə daxili siyasətdə müəyyən müstəqilliyini saxlayır, lakin onun xarici siyasətdə təmsilçilik hüququ olmur, ərazisinin müdafiəsi və bu kimi məsələlərin həlli metropoliyanın ixtiyarına verilir. XIX əsrin sonu – XX əsrin I yarısında dünyada xeyli sayda P. ölkə olub, lakin II Dünya müharibəsindən (1939–1945) sonra onların hamısı müstəqillik əldə edib.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
3 cavab
soruşub 25 Mayda anonim
0 səs
0 cavab
soruşub 03 Oktyabrda anonim
0 səs
0 cavab
soruşub 27 Sentyabrda anonim
0 səs
0 cavab
...