Dövlətin asılılıq forması.
Müstəmləkədən fərqli olaraq protektorat sayılan ölkə daxili siyasətdə müəyyən müstəqilliyini saxlayır, lakin onun xarici siyasətdə təmsilçilik hüququ olmur, ərazisinin müdafiəsi və bu kimi məsələlərin həlli metropoliyanın ixtiyarına verilir. XIX əsrin sonu – XX əsrin I yarısında dünyada xeyli sayda P. ölkə olub, lakin II Dünya müharibəsindən (1939–1945) sonra onların hamısı müstəqillik əldə edib.