0 səs
168 baxış
Tibb, Sağlamlıq bölməsində

Metrogi̇l denta dərmanı 

1 cavab var:

0 səs
Təsiredici maddələr: 1q gelin tərkibində 10mq metronidazola ekvivalent miqdarda Metronidazol-Benzoat, 0,5 mq Xlorheksidin qlükonat (20% Xlorheksidin qlükonat məhlulu şəklinldə) vardır. Köməkçi maddələr: natrium edetat, mentol, natrium saxarin, propilenqlikol, karbomer-940, distillə suyu.
Yalnız stomatoloji təcrübə üçün! Böyüklər və 6 yaşından böyük uşaqlarda qingivit zamanı damaqlara gündə 2 dəfə sürtülür. Geli yumaq məsləhət deyil. Geli sürtdükdən sonra 30 dəqiqə ərzində maye və qida qəbulu məsləhət deyil. Müalicə kursu 7-10 gündür. Parodontitdə parodontal ciblər Metrogil Denta ilə işlənir və gelin damaqlara applikasiyası aparılır. Ekspozisiya müddəti 30 dəqiqədir. Prosedurun sayı xəstəliyin ağırlığından asılıdır. Gələcəkdə xəstə applikasiyanı özü edə bilər: gel damaqlara gündə 2 dəfə 7-10 gün ərzində sürtülür. Aftoz stomatit zamanı Metrogil Denta 7-10 gün ərzində gündə 2 dəfə ağız boşluğunun selikli qişasının zədələnmiş nahiyələrinə sürtülür. Xroniki qingivitin kəskinləşməsinin və parodontitin profilaktikasında gel damaqlara gündə 2 dəfə 7-10 gün ərzində sürtülür. Profilaktik kurslar ildə 2-3 dəfə aparılır. Postekstraksion alveolitdə gündə 2-3 dəfə olmaqla 7-10 gün istifadə edilir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...