+2 səs
149 baxış
Tibb, Sağlamlıq bölməsində

Metrogi̇l məhlulu

1 cavab var:

0 səs
Hər 1 ml məhlulda: Metronidazol F.ABŞ - 5 mq.
Antimikrob və antiprotozoy dərman vasitəsi.
Metrogil ağır gedişli infeksiyalarda və preparatın daxilə qəbulu mümkün olmadıqda venadaxilinə yeridilir. 12 yaşından yuxarı uşaqlar və böyüklər üçün birdəfəlik doza 500mq, venadaxili istifadədə 5ml/dəq təşkil etməklə, istifadələr arasındakı interval 8 saatdır. Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir. Sutkalıq maksimal doza 4,0 qr.-dır. 12 yaşınadək uşaqlara bədən çəkisinin 7,5mq/kq olmaqla 3 dəfəyə 5ml/dəq sürətilə; Kəskin böyrək və/və ya qaraciyər çatmamazlığı olan xəstələrə sutkalıq doza 2 dəfəyə qəbul edilməklə 1000mq təşkil edir. Venadaxili istifadə üçün nəzərdə tutulan Metrogil məhlulunu digər dərman preparatları ilə qarışdırmaq məsləhət deyil! Əlavə təsirləri Mədə-bağırsaq sistemi tərəfindən: ürəkbulanma, qusma, diareya, iştahanın azalması, ağızda metal tamı, epiqastral nahiyədə ağrılar. MSS-i tərəfindən: uzunmüddətli istifadədə baş ağrıları, başgicəllənmə, oyanıqlığın artması, depressiya, yuxunun pozulması, zəiflik, nadir hallarda şüurun pozulması, hallüsinasiyalar, qıcolmalar. Sidik-cinsiyyət sistemi tərəfindən: sidik kanalında yandırma hissiyyatı, cinsiyyət üzvlərinin florasının kandidozu. Dermatoloji reaksiyalar: allergik reaksiyalar. (səpgilər, qaşınma və s.) Sümük sistemi: artralgiyalar. Qanyaranma sistemi tərəfindən: leykopeniya. Metrogil-in istifadəsi müddəti boyu sidiyin qırmızı-qəhvəyi rəngə boyanması müşahidə oluna bilər.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...