+2 гол-в
136 просмотров
от в категории Tibb, Sağlamlıq

Mersobi̇l siropu 

1 Ответ

0 гол-в
от
Mersobil neyroprotektor, neyroreperativ, nootrop, vazoprotektor, antihipoksant təsir göstərir. Sitikolin (sitidin difosfatxolin) - neyronal membranın əsas struktur elementi olan fosfolipidlərin sələfidir, geniş təsir spektrinə malikdir – zədələnmiş hüceyrə membranını bərpa edir, fosfolipaza fermentini inhibə edərək fosfatidilxolinin deqradasiyasının, sərbəst radikalların yaranmasının, apaptozun mexanizmlərinə təsir göstərərək isə hüceyrələrinin ölümünün qarşısını alır. Kəllə-beyin travması zamanı posttravmatik komanın müddətini və meydana çıxan nevroloji simptomları azaldır, kəskin insult zamanı zədələnmiş toxumanın sahəsini azaldır, xolinergik keçiriciliyi yaxşılaşdırır, beyin hipoksiyası simptomlarını – yaddaş pozulması, emosional labillik, təşəbbüssüzlük və s. aradan qaldırır, degenerativ və damar zədələnmələrindən sonra yaranan koqnitiv, hissi və hərəki nevroloji dəyişikliklərin müalicəsini həyata keçirir, ödem əleyhinə xüsusiyyətə malik olduğundan beyin ödemini azaldır, beyində O2 sərfini və qan axımını gücləndirir, dopamin sintezini stimulə edir, qlaukoma zamanı dağılan qanqlioz hüceyrələri bərpa edir. Ginkqo biloba - beyin qan dövranını yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir, energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan götürür. Kapillyarların keçiriciliyini azaldır, mikrosirkulyasıyanı yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ gəlməni ləngidir, MSS-də ödemin yaranmasının qarşısını alır. Hüceyrələrdə maddələr mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır, beyin və periferik toxumaların oksigen və qlükoza ilə təchiz olunması yaxşılaşır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 24 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 21 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...