+1 səs
581 baxış
Tibb, Sağlamlıq bölməsində

Melosedi̇n tabletkası 

1 cavab var:

0 səs
Müalicəvi bitkilər, maqnezium və L-triptofan kompleksindən ibarət kombinəolunmuş sedativ preparatdır.Psixi gərginlik və həyəcanı azaldır, stress, xroniki yorğunluq və gərginlik zamanı sakitləşdirir, sinir sisteminin stabilliyini və yaxşı əhval-ruhiyyəni təmin edir.L-triptofanı yuxu pozulmalarında,qorxu və gərginlikdə,disforiyada,predmenstrual sindromda,alkoqol,opioid və barbiturat asılılığının kompleks müalicəsində,abstinent sindromu aradan qaldırmaq üçün,kəskin etanol zəhərlənməsində,maniakal və klimakterik depressiyalarda istifadə edirlər.Maqnezium bir çox maddələr mübadiləsi reaksiyalarında iştirak edir,sinir impulslarının ötürülməsini və əzələ yığılmalarını tənzimləyir,sinir hüceyrələrinin oyanıqlığını azaldır. Pişikotu mərkəzi sinir sistemini tormozlayır,oyanıqlığını azaldır,aminazinin təsirini artırır,saya əzələli orqanların spazmını aradan qaldırır. Pişikotu mərkəzi sinir sistemi vasitəsilə ürəyin fəaliyyətini tənzimləyir,ürək əzələsinə və keçirici sistemə təsir edir,borneol komponentinin ürək damarlarına təsiri nəticəsində koronar qan dövranını yaxşılaşdırır.Lavanda ekstraktı MSS proseslərini tarazlayır,əhval-ruhiyyəni yaxşılaşdırır,sakitləşdirir,aqressiyanı azaldır,ağlağanlığı,isterik tutmaları,yuxusuzluğu aradan qaldırır,daxili sakitlik yaradır,güclü antidepressantdır.Cökə ekstraktı diurezi,mədə şirəsinin sekresiyasını ,öd əmələgəlməni artırır,sedativ,iltihabəleyhinə,mikrobəleyhinə təsir göstərir.Melissa ekstraktı anksiolitik,antidepressiv,spazmolitik,immunomoduləedici,virus əleyhinə,antiallergik,mikrobəlyhinə effektlərə malik sedativ vasitədir. Passiflora ekstraktı gərginliyi azaldır,yuxunu tənzimləyir,sinir sisteminə müsbət təsir göstərir,xüsusilə də hormonal pozulmalar dövründə.Sinis sistemi tərəfindən yaranan gərginlik,həyəcan,baş ağrıları,yuxusuzluq,astma tutmaları,qeyri-iradi qıcolmalar,yüksək qan təzyiqi zamanı effektivdir. Eşşolsiya ekstraktı sakitləşdirici,ağrıkəsici,anesteziyaedici,iltihab əleyhinə,hipotenziv,antiaritmik təsir göstərir.Çobanyastığı ekstraktı dezinfeksiyaedici və tərqovucu xüsusiyyətlərə malikdir,ağrıları azaldır,iltihabi prosesləri zəiflədir, mədə-bağırsaq traktının pozulmuş funksiyalarını normallaşdırır,qazəmələgəlməni azaldır,tənəffüsü artırır və gücləndirir,ürək yığılmalarının sayını artırır,baş beyin damarlarını genişləndirir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...