+1 səs
234 baxış
Tibb, Sağlamlıq bölməsində

Melosedi̇n suspenziya 

1 cavab var:

0 səs
Melosedin kombinəolunmuş sedativ vasitə olmaqla maqnezium, L-triptofan amin turşusu və bitkilərin kombinasiyasından təşkil olunmuşdur. Preparat həyəcan, psixi gərginlik hissini aradan qaldırır, ifrat yorğunluq, yüksək oyanıqlıq və streslər zamanı sakitləşdirici təsir göstərməklə yanaşı əhval-ruhiyyəni də yaxşılaşdırır və normal yuxu ritmini bərpa edir. Maqnezium - əksər mübadilə proseslərində iştirak edir, sinir impulslarının ötürülməsini, əzələ yığılmalarını, sinir oyanıqlığının azalmasını təmin edir. Stress və yüksək gərginlik zamanı maqneziuma tələbat artır. Maqnezium çatışmazlığı özünü nevrotik vəziyyət, oyanıqlıq, yuxu pozulmaları, qıcolmalar, mədə-bağırsaq spazmları və ürəkdöyünmənin artması şəklində göstərir. L-triptofan əvəzolunmayan amin turşu olmaqla orqanizmə zülalla zəngin qidalarla daxil olur. L-triptofan nikotin turşusu (PP vitamini) və serotoninin sintezində iştirak etməklə sinir sistemində həyəcan, narahatlıq, aqressivlik, ifrat oyanıqlıq və yuxu pozulmalarını aradan qaldırır və bununla da fizioloji psixoemosional vəziyyəti və əhval –ruhiyyəni tənzimləyir. L-triptofan yuxu pozulmaları, qorxu hissi, gərginlik, disforiya, predmenstrual sindrom, alkoqol, opiat və barbiturat asılılığının kompleks müalicəsində, alkoqol intoksikasiyasında, depressiyalarda geniş tətbiq edilir. Çobanyastığı, Melissa və Cökə çiçəklərinin ekstraktları yüngül sedativ, antidepressant effektlərə malik olmaqla, sinir sistemini sakitləşdirir və yuxunu normallaşdırırlar.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
0 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim Tibb, Sağlamlıq bölməsində
...