+2 səs
942 baxış
Tibb, Sağlamlıq bölməsində

Melasom plus dərmanı 

1 cavab var:

+1 səs
 
Maqnezium (Mg) bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyatı vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Mg defisiti zamanı orqanizmdə titrəyiş, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritminin pozulması kimi problemlər yaranır. Çobanyastığı ekstraktı saya əzələlərin spazmını aradan qaldırır. Sakitləşdirici təsir göstərərək, gərginlik, əsəbilik və yuxusuzluğu kimi problemləri aradan qaldırır. Melatonin beynin epifiz vəzi tərəfindən sintez olunan maddədir. Yuxu ritmini və keyfiyyətini normallaşdırır. Qocalmanın qarşısını alır. Melatonin stress əleyhinə, antioksidant və immuniteti stimulə edici xüsusiyyətlərə malikdir. Endokrin sistemin işini tənzimləməklə piylənmənin qarşısını alır. Arterial təzyiqi normallaşdırır. Qonaqotu (passiflora) - əsəbilik, qorxu və həyacan hissini, yuxu pozğunluğunu effektiv olaraq aradan qaldırır. Stressə davamlılığı artırır. Sakitləşdirici və yuxugətirici təsirə malikdir. Yüngül antidepressiv təsir göstərir. MBT- nın neyrogen mənşəli spazmını aradan qaldırır. Mayaotu ekstraktı tərkibində əsas sakitləşdirici və yuxugətirici maddə - metilbutinondur. Antraglikozid lipulin isə biliyi, qıcıqlanmanı, koronar damarların spazmını aradan qaldırır, nevrozlarda, nevralgiyada zamanı istifadə olunur. Pişikotu (aktiv komponenti valeporiatlardır) mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, sedativ maddələrin təsirini artırır, spazmolitik təsir göstərir. Taurin metabolik, hepatoprotektor, kardiotonik və hipotenziv təsirlərə malikdir. Baş beyində neyromediator funksiyasını yerinə yetirir, sinaptik əlaqəni tormozlayır, qıcolma əleyhinə təsir göstərir. Kalsium (Ca) sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir. Sinir-əzələ keçiriciliyində iştirak edir. Kalsiumun digər vacib funksiyaları yerinə yetirir: əzələ və sinirlərin qıcıqlanması, hüceyrədaxili siqnalların ötürülməsi, hüceyrələrin hərəkəti və bölünməsi və s. Kalsiumun çatışmazlığı zamanı sinir - əzələ keçiriciliyinin pozulması, tetanik qıcolmalar və larinqospazm müşahidə oluna bilər.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...