+2 голосов
244 просмотров
от в категории Tibb, Sağlamlıq

Megafer siropu

1 Ответ

0 голосов
от
Antianemik preparatdır. Megafer siropun tərkibində dəmir - dəmir(III) hidroksid polimaltoz kompleksi şəklindədir. Bu makromolekulyar kompleks stabil olub, dəmir ionlarını sərbəst şəkildə ayırmır. Kompleks quruluşuna görə dəmirin ferritinlə təbii birləşməsinə uyğundur, Ona görə dəmir(III) daxilə qəbul zamanı bağırsaqlardan qana aktiv transport vasitəsilə sorulur və ona görə də dozadan artıq sorulma, preparatla zəhərlənmə praktiki olaraq mümkün olmur. Megafer (dəmir(III) hidroksid polimaltoz kompleksi) prooksidant xüsusiyyətlərə dəmir(II)-nin duzlarından fərqli olaraq malik deyildir. Dəmirin plazmada transportu qaraciyərdə sintez olunan transferrin vasitəsilədir. Dəmir transferrinlə kompleks şəkildə orqanizmin hüceyrələrinə daşınır, burada isə hemoqlobinin, mioqlobinin və digər fermentlərin sintezinə sərf edilir. Sorulmuş dəmir ferritinin tərkibində qaraciyərdə saxlanılır. Üçvalentli dəmir hemin əmələ gəlməsinə sərf edilir və hemoqlobinin səviyyəsinin qalxmasına səbəb olur. Preparatın qəbulu zamanı həm kliniki simptomların( zəiflik, tez yorulma, başgicəllənmə, taxikardiya, dəri örtüyünün quruması) azalması, həm də dəmir defisiti ilə əlaqədar labarator göstəricilərin normallaşması baş verir. Preparatın daxilə qəbulu zamanı dəmirin maksimal absorbsiyası onikibarmaq bağırsaqda və nazik bağırsaqda olur. Dəmir defisiti ilə ümumi qan dövranına sorulmuş dəmir arasında korrelyasiya (uyğunluq) mövcuddur, yəni dəmir defisiti nə qədər çox olarsa dəmirin sorulması bir o qədər artıq olur.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 24 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 21 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...