Lizinopril mədə-bağırsaq traktından tədricən sovrulur. Biomənimsənilməsi təxminən 30 %-dir, plazmada maksimal konsentrasiyası 7 saatdan sonra müşahidə edilir. Qida qəbulu lizinoprilin absorbsiyasına təsir etmir. Plazma zülalları ilə birləşməsi minimaldır. Biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş halda xaric edilir. Hidroxlortiazid metabolizmə uğramır və 61 % - i dəyişilməmiş formada ilk 24 saat ərzində xaric olur. Plasentar baryeri keçir, hematoensefalik baryerdən keçmir.
Hər 10 mq həbin tərkibində: Təsiredici maddə: Lizinopril 10 mq + hidroxlortiazid 12,5 mq Hər 20 mq həbin tərkibində: Təsiredici maddə: Lizinopril 20 mq + hidroxlortiazid 12,5 mq Köməkçi maddələr: Kalsium hidrofosfat dihidrat, mannitol, maqnezium stearat, qarğıdalı nişastası, silisium 4 oksid