+2 гол-в
165 просмотров
от в категории Tibb, Sağlamlıq

Lactober siropu

1 Ответ

0 гол-в
от
Laktuloza disaxariddir. Peroral istifadədə mədə-bağırsaq sistemindən sorulmur. Orqanizmdə müvafiq fermentlər olmadığı üçün laktuloza parçalanmadan yoğun bağırsağa dəyişilməmiş şəkildə çatır. Lactobacillus acidophilus və Lactobacillus bifidus kimi bakteriyaların miqdarının artması səbəb olur. Yoğun bağırsaqda laktuloza bağırsaq florasının təsirilə kiçik molekullu üzvi turşulara – əsasən süd turşusuna və qismən qarışqa və sirkə turşusuna parçalanır. Bunun nəticəsində yoğun bağırsaq mənfəzində pH enir və osmotik təzyiq artır. Nəcis kütləsinin həcmi artır, bu da yoğun bağırsağın peristaltikasını stimullaşdırır və nəcis kütləsinin konsistensiyasını normallaşdırır. İşlətmə effekti qəbuldan 24-48 saat sonra baş verir. Laktuloza ammonyakın qandan bağırsağa diffuziyasını artırır və orqanizmdən xaric edilməsinə şərait yaradır. Həmçinin, ammonyakın ionlaşmış (bağırsaqdan sorulmayan) formaya keçməsini təmin edərək, MSS-ni neyrotoksinlərin təsirindən qoruyur. Laktuloza yoğun bağırsaqda salmonellaların inkişafını ingibə edir, ona görə də salmonellyozun kompleks müalicəsində istifadə edilir.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 21 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 24 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 22 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...