+2 səs
604 baxış
Tibb, Sağlamlıq bölməsində

Kalsiran plus dərmanı 

1 cavab var:

0 səs
Mərcan kalsium təbii olub, kalsiumun orqanizmə asan sorulan formasıdır. Orqanizmdə sümük, diş, saç və dırnaqların möhkəm olmasında, qanın laxtalanmasında iştirak edir. Sinir impulslarının ötürülməsini təmin edir. Allergiya və iltihabəleyhinə təsirlərə malikdir. Maqnezium sümük toxumasının 70%-ni təşkil edir. Maqnezium orqanizmdə kalsiumun sorulmasını aktivləşdirir, müəyyən olunmuş nisbətdə (2:1) bir-birinin fəaliyyətini tamamlayırlar. Maqnezium həmçinin kalsium (Ca2+) kanallarını aktivləşdirməklə sinir impulslarının ötürülməsini təmin edir. Xolekalsiferol (D3 vitamini) bağırsaqlardan kalsiumun sorulmasını 70-75%-ə qədər aktivləşdirir. Sümük toxumasının minerallaşmasında və formalaşmasında iştirak edir. C vitamini kalsiumun bağırsaqdan sorulmasını sürətləndirir. D vitamininin aktiv formasının normal inkişafı üçün vacibdir. C vitamini osteogenez prosesində iştirak edir. O, sümük toxumasının vacib zülalı - kollagenin sintezini həyata keçirir və sümüklərə elastiklik verərək deformasiyanın qarşısını alır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...