+2 гол-в
1,857 просмотров
от

Koloniya nədir?

2 Ответы

+2 гол-в
от
 
Лучший ответ

Koloniya (lat. “colonia” - məskun məntəqə) müstəmləkə hökmranlıq edən ölkənin hakimiyyətinə tamamilə tabe olur. Bu çox vaxt sənaye və kənd təsərrüfatı məhsulu istehsalında geri qalan asılı ölkənin inkişafını ləngidir. XX əsrin əvvəlləri üçün Afrika qitəsində cəmi iki müstəqil ölkə var idi: Efiopiya və Liberiya. Müstəqillik qazanan Afrika dövlətləri indiyə qədər iqtisadi və siyasi geriliyi aradan qaldıra bilməyibdir və zəif inkişaf etmiş ölkələrdir.

Asılılıq, məsələn, Qərbi Afrikadakı Toqo dövləti kimi yarımmüstəmləkə adlanan formada da ola bilər. XIX əsrin sonunda o, Almaniyanın protekto-ratına çevrilərək, müstəqilliyini itirdi, amma müstəmləkə kimi birləşdirilmədi. Birinci Dünya müharibəsi zamanı İngiltərə və Fransa onun ərazisini işğal etdi və Versal sülh müqaviləsinə uyğun olaraq 1919-cu ildə Toqonun qərb hissəsi Böyük Britaniyanın mandataltı idarəçiliyinə, şərqi isə Fransaya verildi. Toqo dövləti ancaq 1960-cı ildə müstəqil oldu.

+2 гол-в
от
1. İmperialist dövlətlərinin zəif inkişaf etmiş ölkələri iqtisadi və siyasi cəhətdən özlərinə tabe etmə, müstəmləkəyə çevirmə siyasəti.
2. Bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə.
3. Bu həmyerlilərin başqa ölkədə, yerdə təşkil etdikləri icma.
4. Bu və ya başqa məqsədlə (islah edilmək, işləmək, müalicə olunmaq və i.a.) köçürülmüş adamların yaşadığı yer. □ Əmək koloniyası.
5. Biologiya. Bir-biri ilə bitişik yaşayan orqanizmlər qrupu. □ Mikroblar koloniyası. Süngərlər koloniyası.

Похожие вопросы

0 гол-в
0 ответов
спросил 21 Дек, 20 от Yusif Mirzəyev
+1 голос
1 ответ
спросил 23 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
0 гол-в
3 ответов
спросил 23 Окт от аноним в категории Heyvanlar, Bitkilər
0 гол-в
4 ответов
спросил 23 Окт от аноним в категории Heyvanlar, Bitkilər
0 гол-в
1 ответ
спросил 23 Окт от аноним в категории Heyvanlar, Bitkilər
...