+2 səs
158 baxış
Tibb, Sağlamlıq bölməsində

Klotri̇mazol basi̇ 1% kremi

1 cavab var:

0 səs
Klotrimazol imidazol törəməsi olub, geniş spektrli funqisid təsirə malikdir. Klotrimazol infeksiya yaradan əksər göbələklərə təsir edir. Klotrimazol aşağıdakı mikroorqanizmlərə qarşı təsir göstərir: Dermatofitlər, Epidermophyton floccosum, Microsporum spp., Trichophyton spp., Mallassezia furfur, Patogen maya göbələkləri və kif gobələkləri: Candida spp., Cryptococcus neoformans, Torulosis spp., Aspergillus spp., Cladosporium spp., Madurella spp., Sporotrichum schenckii, dimorf göbələklər Blastomyces dermatidis, Cocciodioides immitis, Histoplasma capsulate, aktinomisetlər Nocardia. Bundan əlavə ktotrimazol qrammüsbət kokklara qarşı antibakterial, Trichomonas spp. qarşı protozoy əleyhinə təsir göstərir. Klotrimazolun təsir mexanizmi göbələk hüceyrələrinin membranının keçiriciliyinin pozulmasına əsaslanır ki, bu da hüceyrənin məhvinə səbəb olur, lanosterolun erqosterola çevrilməsinə lazım olan sitoxrom P-450 fermenti olan 14-alfa demetilazaya təsir etməklə bu birləşmə erqosterolun sintezini zəiflədir. Nəticədə erqosterolun çatışmazlığı, 14-metilsterolun toplanması, hüceyrə membranının funksiyasının pozulması və hüceyrənin məhvi müşahidə olunur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...