Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq Klotrimazol vardır. Köməkçi maddələr: yarımsintetik qliseridiər
Antifunqal (göbələk əleyhinə) preparat.
Preparat intravaginal istifadə edilir. Böyüklər: 6-7 gün ərzində gündə 1 dəfə (yatmazdan əvvəl), 100 mq (1 suppozitoriya.) Müalicə kursunu xarici genital orqanlara klotrimazol kreminin istifadəsi ilə birgə aparılması tövsiyə olunur. Ehtiyac olduqda müalicə kursunu təkrarlamaq olar. Doğuş yollarının sanasiyası üçün preparat birdəfəlik istifadə edilir.