+1 səs
89 baxış

Dövlətin daxili quruluşu

1 cavab var:

+1 səs
 

İnsanları, təsərrüfatı və siyasəti daha yaxşı idarə etmək üçün başçılar dövlət ərazisini hissələrə bölürlər. Bu ərazilər də öz növbəsində daha kiçik hissələrə parçalanır. Məsələn, 1708-ci ildə I Pyotr, yerlərdə çoxpilləli məmur hakimiyyəti sistemi yaradaraq, öz imperiyasının ərazisini səkkiz quberniyaya böldü. Burada qubernatorlar, onlardan aşağıda əyalətlərdə və distriktlərdə (ing. “district” - mahal) hakimiyyəti həyata keçirən voyevodalar və zemstvo komissarları dururdu. Rusiya dövləti imperatriça II Yekaterinanın dövründə 88 quberniyaya bölünmüşdü. Bu vaxt hökmdarlar hansı xalqların bu və ya digər ərazidə yaşamasını nəzərə almırdılar. Nəticədə, Volqaboyunun bir hissəsində yığcam məskunlaşmış tatarlar beş quberniya ərazisinə düşdülər. Dövlətin bölünməsinə belə yanaşma inzibati-ərazi bölgüsü adlanır. XX əsrdə, keçmiş sovet hakimiyyəti dövründə ölkədaxili sərhədlər müxtəlif milliyyətli insanların yaşamasının nəzərə alınması ilə keçirilirdi: məhz həmin vaxt bir çox xalqlar, o cümlədən tatarlar, ilk dəfə Rusiya Federasiyası çərçivəsində muxtariyyət formasında öz ərazilərini aldılar - Tatar Respublikası meydana gəldi (hazırda Tatarıstan).

Məsələn, Böyük Britaniya milli əlamətlərə görə tarixən dörd hissəyə bölünür: Şotlandiyada əsasən şotlandlar, Uelsdə vallilər, İngiltərədə ingilislər, Şimali İrlandiyada irlandlar yaşayırlar.

Əgər ölkədə vahid qanunvericilik və vahid mərkəzi hakimiyyət orqanları fəaliyyət göstərirsə, belə dövlət quruluşu forması unitar adlanır. Dünyada belə dövlətlər çoxdur, onların arasında Bolqarıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Yaponiya, Fransa, Polşa var.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
...