Terbinafin N-metilnaftalin törəməsi olub,funqisid təsir effektinə malikdir. Təsir mexanizmi göbələklərin hüceyrə membranınn əsas elementi olan erqosterolun sintezini blokada etməsilə əlaqədardır. Yüksək epidermo və onixotrop təsir göstərir. Yerli təyin olunduqda dəridən asanlıqla nüfuz edərək piy vəzilərində, tük folekullarında və dırnaqda yüksək konsentrasiya toplayır. Dərinin Trichophyton ( T rubrum, T. mentagrophytes, T.verrucosum, T.violaceum) Microsporum canis və Epidermophyton floccosum kimi dermatofitləri də daxil etməklə, dəridəki göbələk patogenlərinə qarşı geniş təsir spektrinə malikdir.