Flukonazol triazol qrupundan olan göbələk əleyhinə vasitədir. Göbələk membranın əsasını təşkil edən erqosterolun sintezini ingibə etməklə fungisid təsir göstərən preparatdır. Nəticədə, göbələk membranı öz tamlığını itirir və göbələk hüceyrəsi büzüşərək məhv olur. FIuber-150 geniş spektrli və yüksək spesifık təsirə malik göbələk əleyhinə vasitədir.Əksər səthi və invaziv mikozların törədicilərinə qarşı aktivdir: Candida spp., Microsporum spp., Cryptococcus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və Histoplasma caspsulatum. Göbələk fermentlərinə qarşı yüksək spesifık təsir göstərir.Aspergillus növü tərəfindən törədilən göbələk infeksiyalarına qarşı flukonazol molekulu effektli deyil.