Toxumaların metabolizminin normallaşması və beyin qan dövranına təsiri sayəsində beynin funksional vəziyyətini yaxşılaşdırır. Həyəcan, gərginlik və qorxu hissinin azalmasına və aradan qalxmasına kömək edir, yuxunu normaya salır, qıcolma əleyhinə müəyyən təsir göstərir. Asteniya və vazovegetativ simptomların (həmçinin başağrısı, başda ağırlıq hissi, yuxunun pozulması, qıcıqlanma, emosional qeyri-sabitlik) yaranmasını azaldır, beynin iş qabiliyyətini artırır. Psixoloji göstəriciləri (diqqət, yaddaş, sensor-motor reaksiyaların surətliliyin və dəqiqliyini) yaxşılaşdırır. Kurs şəklində qəbul etdikdə, əqli və fiziki iş qabiliyyətini artırır, yaddaşı yaxşılaşdırır, yuxunu normaya salır; hərəkət və nitq pozuntuları olan xəstələrin vəziyyətini yaxşılaşdırır