+1 səs
165 baxış
Tibb, Sağlamlıq bölməsində

Entelakt Şərbəti

1 cavab var:

0 səs
Farmakoloji xüsusiyyətləri: Preparatin aktiv maddəsi laktuloza – süd şəkərinin sintetik forması olub, həzm olunmayan maddədir. Peroral qəbul zamanı mədə - bağırsaq traktından sorulmur. Sintetik olduğu üçün insan orqanizmində müvafiq fermenti yoxdur, ona görə laktuloza MBT-nın yuxarı hissəsində parçalanmır və yoğun bağırsağa dəyişilməmiş formada daxil olur. Entelakt orqanizmdə aşağıdakı təsirləri göstərir: Prebiotik təsir – bağırsaq mikroflorasını qaydaya salan vasitədir. Yoğun bağırsaqda Entelakt bağırsaq mikroflorasının qida substratıdır. Beləliklə, fəal inkişaf edən bifido- və lakto-bakteriyalar üzvi maddələr ifraz edir və bununla patogen mikroorqanizmlərin həyat fəaliyyətini azaldır. Nəticədə patogen bakteriyalarla ifraz olunan toksinlərin qana daxil olması azalır. Osmotik işlədici təsir - Entelaktın təsiri altında yoğun bağırsaqda osmotik təzyiq dəyişilir, bu isə suyun orqanizmdən bağırsağa yenidən qaytarılmasına səbəb olur. Beləliklə nəcis kütləsinin həcmi artır, nəcis yumşalır və bağırsaq peristaltikasına təkan verilir. Nəticədə bağırsaqların normal fəaliyyətini təmin edir. Entelakt vitaminlərin absorbsiyasını azaltmır və öyrəşməyə səbəb olmur. Detoksikant təsir - laktuloza mikroflora tərəfindən hidroliz olunaraq parçalandıqda hidrogen ionları əmələ gəlir və bağırsaqdan sorula bilən ammonyakı sorula bilməyən ammoniuma çevirir. Bununla orqanizmin zəhərlənməsinin qarşısı alınır və mərkəzi sinir sisteminin neyrotoksinlərdən müdafiəsi təmin olunur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 17 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...