+1 голос
148 просмотров
от в категории Tibb, Sağlamlıq

Endovag Şamı

1 Ответ

0 голосов
от
EndoVag reparativ regenerasiyaedici, iltihabəleyhinə və antiseptik, nəmləndirici təsirlərə malikdir. EndoVag vaginal suppozitoriyanın əsas komponeneti olan hialuron turşusu - mukopolisaxarid olub, orqanizmin əksər toxumalarının tərkibinə daxildir. Hialuron turşusu toxumaların tonusunu, trofikasını və elastikliyini təmin edən tərkib hissəsidir. Hialuron turşusu toxumaların re-epitelizasiyası və bərpası prosesslərini sürətləndirir. EndoVag uşaqlıq yolunun selikli qişasının regenerasiyasını və uzun müddətli nəmlənəsini təmin edir, endogen hialuron turşusunun funksiyasını yerinə yetirir, toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır. EndoVag tərkibindəki Centella asiatica ekstraktı sayəsində - hüceyrələrin inkişafını və yenilənməsini təmin edir, yaraların sağalması prosessini, kollagen sintezini və angiogenezi stimulyasiya edir. EndoVag tərkibindəki Gülünbahar ekstraktı (Calendula Officinalis L.) (tərkibində salisil və pentadesil turşuları vardır) sayəsində, bakterisid, yarasağaldıcı, iltihableyhinə təsirlərə malikdir, həmçinin streptokokk və stafilokokkları məhv edir. EndoVag vaginal suppozitoriyanın tərkibindəki Aloe Vera Ekstraktı nəmləndirici xüsusiyyətə malikdir, toxumaların elastikliyini təmin edir; iltihab prosesslərinə təsir göstərir, zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Aloe Vera Ekstraktı yarasağaldıcı xüsusiyyətə də malikdir. Aloe Vera Ekstraktı bitki mənşəli antimikotikdir. Bakteristatik xüsusiyyəti sayəsidə isə,orqanizmi bakteria və virus infeksiyalarından müdafiə edir. Çay ağacının efir yağı - antibakterial və göbələkəleyhinə təsirlərə malikdir, orqanizmə infeksiyalarla mübarizədə kömək edir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...