+1 голос
146 просмотров
от в категории Tibb, Sağlamlıq

Essensikaps Kapsulu

1 Ответ

0 гол-в
от
Tərkibində “essensial” fosfolipidlər(EPL) lesitin və doymamış yağ turşuları linol(70% yaxın), lin olen və olein saxlayır.”Essensial” fosfolipidlər kimyəvi quruluşuna görə orqanizmin təbii fosfolipidlərinə uyğun gəldiyi halda,funksional baxımdan tərkibinə daxil olan doymamış yağ turşuları xüsusəndə lunol turşusunun hesabına daha üstün sayılırlar. Essensial fosfolipidlərin əsas komponenti fosfatidilxolin hesab olunur,bu da qaraciyərin funksional vəziyyətinin bərpası və saxlanılması ücün lazımdır. Fosfotidilxolin hepatositlərin membaranı üçün universal tikinti materialı hesab olunur. "Essensial” fosfolipidlər qaraciyər funksiyasını və qaraciyər hüceyrələrinin fermentativ aktivliyini normallaşdırır, qaraciyər hüceyrələrinin regenerasiyasına səbəb olur,neytral yağların və xolesterinin metabolizmini rahatlaşdıracaq formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir. Essensikaps tərkibinə daxil olan “essensial” fosfolipidlərin hesabına aşağıdakı təsir effektlərinə malikdir: hiperxolesterinemiya və hipertriqliseridemiyanın qarşısını alır, β-lipoproteinlərin və preβ-lipoproteinlərin səviyyəsini normallaşdırır.Xolesterinin toxumalarda patoloji toplanmasının qarşısı alınır, eyni zamanda damar divarından geri nəql olunması baş verir; fosfolipidlərin degenerativ formalarının, xüsusəndə lizofosfatidilxolinin səviyyəsini azaldır; fosfolipidlərin biosintezini və hepatositlərin müxtəlif mənşəli zədələnmələri zamanı ümümi lipid mübadiləsini normallaşdırır; regenerasiya və oksidləşmə prosesini inhibə etməklə hepatositlərin membranasını bərpa edir: membran lipidləri yerinə doymamış yağ turşuları biomembranaya düzülərək toksik təsirləri öz üzərinə götürürlər; qaraciyər hüceyrələrinin regenerasiyasına səbəb olur,ödün fiziki-kimyəvi xassələrini stabiləşdirir.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 19 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 19 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 19 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 19 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 19 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...