0 səs
154 baxış

Respublikalar

1 cavab var:

0 səs
 

Respublikalar (lat. “respublica” - ictimai iş) Antik dövrdə də (məsələn, qədim Romada), orta əsrlərdə də (Novqorod respublikası) mövcud olub. Lakin o vaxt dövlət quruluşu forması kimi onlar uzunömürlü olmadı və sonradan isə monarxiya ilə əvəz olundu. Respublikaların ikinci yaranışı yeni dövrdə baş verdi. Şimal-

Qərbi Avropada yeddi Niderland əyaləti İspan hökmdarlığından azad olaraq, Birləşmiş Əyalətlər Respublikasını yaratdı.

Respublika idarəetməsinin mahiyyəti ondadır ki, dövlətdə ali hakimiyyət, müəyyən müddətə seçilən hakimiyyət orqanlarına məxsusdur, vətəndaşlar isə bərabər hüquq və azadlıqlara malikdir.

Vətəndaşlıq insanın verilmiş respublikaya mənsubiyyətidir (təbəələrin sakin olduğu monarxiyalardan fərqli olaraq), ölkə qanunlarına tabe olmaq vəzifəsi qoyur, dövlət yardımına və müdafiəsinə, həmçinin dövlətin idarə olunmasında iştiraka hüquq verir. İnsanda ikili vətəndaşlıq ola bilər. Yəni iki dövlət onu öz vətəndaşı kimi tanıya bilər. Monarxiyada əzəldən qeyri-bərabərlik var: təbəələr heç vaxt hökmdarlar sırasına keçə bilməzlər, çünki bu hüquq ancaq irsən keçə bilər.

Doğum üzrə də vətəndaşlıq mövcuddur. Yeni vətəndaşlığı başqa ölkəyə köçməklə də almaq olar. Vətəndaşlığın təyininin iki prinsipi var: uşaq valideynlərlə (yaxud onlardan biri ilə) eyni vətəndaşlığa malikdir, yaxud bu, anadan olduğu yerdən asılıdır. Bir çox dövlətlər birinci “qan hüququ” prinsipinin tərəfdarıdır. ABŞ-da isə ikinci - “torpaq hüququ” prinsipi fəaliyyətdədir. Bu nəhəng ərazilərin məskunlaşdı-rılma siyasətilə bağlıdır; ABŞ-da doğulan bütün uşaqlar özlərini bu ölkənin vətəndaşı hesab edə bilərlər.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 25 Mayda anonim
+1 səs
1 cavab
soruşub 14 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
...