Metilerqometrin - çovdar mahmızı göbələyinin təbii alkaloidi olan erqometrinin yarimsintetik törəməsidir. Miometriumun (uşaqlıq əzələsinin) tonusunu və yığılma aktivliyini artırır.Uşaqlığın yığılma amplitudunu və tezliyini sürətləndirir, uşaqlıq boynunun yığılmasını gücləndirir. Zəif damar daraldıcı və arterial təzyiqi artırıcı təsirə malikdir. Metilerqometrin doğuş və abortdan sonra uşaqlıq əzələlərinin sıxılması hesabına hemostazı bərpa edir. Metilerqometrinin təsiri v/d yeridildikdən sonra 30-60 saniyə, ə/d yeridildikdən sonra isə - через 2-5 dəqiqəya başlayır. Biomənimsənilməsi yüksək olub, plazmada maksimal konsentrasiyaya 30 dəq çatır. Təsir müddəti ə/d yeridildikdən sonra 3saatdan artıq, v/d istifadədən sonra isə 2 saata dək olur. Plazma zülalları ilə birləşməsi 35%-dir. Orqanizmin toxumalarını tez yayılır (1-3 dəqiqəyə). Südlə xaric oluma xüsusiyyətinə malikdir.