+2 səs
974 baxış
Tibb, Sağlamlıq bölməsində

Epindol Forte N60 tabletkası

1 cavab var:

0 səs
EPINDOL FORTE tərkibində iki fəal komponent (indol-3-karbinol və epiqallokatexin-qallat) saxlayan təbii vasitədir. Vasitənin birinci komponenti brokollidən, ikinci komponenti isə yaşıl çaydan xaric edilir. İndol-3-karbinol patologiyanın həm hormonal inkişaf mexanizmlərinə, həm də xəstəliyin stimullaşmasının qeyri-endokrin patoloji mexanizmlərinə təsir göstərərək, hüceyrələrin patoloji böyüməsini blokada edə bilər. Mammalogiyada, ginekologiyada və andrologiyada hiperplaziya ilə bağlı pozulmalar proseslərinə effektiv təsir göstərir. Bu maddə sitoxrom P-450 ferment sistemini aktivləşdirə, estrogenlərin sintezini optimallaşdıra bilər, prokarsinogen fəallıq göstərən, qadın cinsiyyət hormonlarının metabolitlərinin nisbətində qorxulu disbalans yaradan, 16-hidroksiestronun əmələ gəlməsini inhibə edir. İndol-3-karbinol estrogenlərə həssas olan toxumalarda patoloji proliferativ prosesləri dayandırır, dəyişilmiş hüceyrələrin apoptozuna gətirib çıxarır, reproduktiv sistemin hormonasılı şişlərinin böyüməsini sürətləndirən böyümə faktorlarının təsirini azaldır. Bu maddə insan papilloma virusuna qarşı virusəleyhinə təsirə malikdir. Bu təsir E7 zülalının sintezinin inhibə olunması, zədələnmiş epitelial hüceyrələrdə, həmçinin virogen transformasiya olunmuş şiş hüceyrələrində özünü məhvetmənin stimulə olunması ilə göstərir. Epiqallokatexin-qallat faqositozu stumulə edir, onun sona çatmasına təsir edir, faqositlərin sayını artırır. Bu maddədə angiostatik fəallıq qeydə alınıb. Onun təsiri nəticəsində miomatoz düyünlərdə damarların böyüməsinin inhibə olunması müşahidə olunur. Bununla da şişlərin böyüməsi limitləşdirilir, endometrial hüceyrələrin invaziv fəallığı inhibə edilir. SOG-2 və prostaqlandinlərə təsir hesabına epiqallokatexin-qallat iltihabəleyhinə təsir göstərir. EPINDOL FORTE-nin tərkibinə daxil olan bioloji fəal maddələr insan orqanizminə kompleks təsir edirlər ki, bu da özünü aşağıdakılarla göstərir: qadın (süd vəzisi, endometrium, miometrium və uşaqlıq boynu, yumurtalıqlar) və kişi (prostat vəzi) reproduktiv sisteminin hormonasılı orqan və toxumalarında patoloji hiperplastik prosesləri ləngidir; qadın reproduktiv sisteminin orqan və toxumalarında hüceyrələrin patoloji böyüməsi və mitozunu dəf edir, insan papilloma virusunun təsiri ilə bağlı anogenital sahədə papillomatozun inkişafını və servikal epitelin displaziya dərəcəsini azaldır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...