+2 голосов
198 просмотров
от в категории Tibb, Sağlamlıq

Elurox dərmanı 

2 Ответы

0 голосов
от
kombinasiya edilmiş bitki mənşəli preparatdır. Diuretik, uroseptik, spazmolitik, litolitik, iltihabəleyhinə təsirə malikdir. Bitkilərin tərkibində olan efir yağları və digər komponentlər iltihabi prosesin yaranmasında iştirak edən lipooksigenaza fermentinin, həmçinin leykotrienlərin sintezini inhibə edir. Preparatın antibiotiklərlə birgə istifadəsi onların bakterisid təsirini gücləndirir və müalicənin effektivliyini artırır. ELUROX tərkibinə daxil olan komponentlər hesabına sidikdə kalsiumun, hidroksiprolinin və oksalat turşusunun miqdarını azaldaraq daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Sidik traktı əzələlərini yumşaldaraq daşların xaric olmasını rahatlaşdırır. Tozağacı yarpaqlarının qatı ektraktı -sidikqovucu, ödqovucu, iltihabəleyhinə, antiseptik və göbələk əleyhinə təsirə malikdir. Nefrit və nefrozlarda çox effektiv təsir göstərir (albuminuriyanı azaldır). Su-duz mübadiləsini requlə edir. Hamilələrdə ödemlə müşayət olunan gecikmiş hestozların müalicəsində və böyrəklərin patalogiyasında istifadə olunur. Mərsin yarpaqlarının quru ektraktı -tərkibində olan fitonsid, fenol, qlikozid, arbutin və ursol turşusuna görə antimikrob, büzücü və iltihabəleyhinə təsirlərə malikdir.Fitonsidlər qızılı stafilokokun inkişafını dayandırır. Tərkibində flavanoidlər, vitaminlər , ursol turşusu və dubil maddələrə görə büzücü, kapilyar möhkəmləndirici, həmçinin deminerilizasiyaedici effektə malikdir. Antibiotiklərin effektivliyini yüksəldir, faqositozu stimullaşdırır.Mərsin yarpaqlarının ekstraktı sidikqovucu təsiri sayəsində sidik vasitəsilə qalıq azotun, sidik turşusunun, kreatinin xaric olmasını stimullaşdırır.Həmçinin o, ödqovucu təsirə də malikdir. Quşüzümü meyvələrinin ekstraktı-temperatursalıcı, iltihabəleyhinə, antibakterial və ümumi möhkəmləndirici xüsusiyyətlərə malikdir. Damarların elastikliyini, mədə şirəsinin və mədəaltı vəzinin fermentlərinin aktivliyini artırır. Qanda protrombinin səviyyəsini azaldır, bununla da trombəmələgəlmə riskini aşağı salır. Quşüzümünün tərkibindəki pektin maddələr həll olmayan ağır və radiaktiv maddələri özünə birləşdirir və orqanizmdən xaric edir. Quşüzümü sidikqovucu təsirə malikdir, böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin qarşısını alır.Hamiləlik zamanı ümümi möhkəmləndirici, sidikqovucu, vitamin və minerallarla zəngin bir vasitə kimi geniş istifadə olunur. Qatırquyruğu meyvələrinin ekstraktı- əsas təsir edici maddələri flavonoidlər, apiqenin, lyuteolin, kverçetin törəmələri, fenolkarbon turşusu və dubil maddələrdir. Bu bitki əsasən hamiləlik zamanı ödemlərdə, sidik kisəsinin və sidik çıxarıcı yolların xəstəliklərində iltihabəleyhinə vasitə kimi tətbiq olunur.Həmçinin qankəsici, ümumi möhkəmləndirici, yarasagaldıcı və büzücü xüsusiyyətlərə malikdir.Ürək çatmamazlığında kömək edir və su-duz mübadiləsini yaxşılaşdırır. Dərman levistikinin kökünün ektraktı- bu bitki sidikqovucu və bəlğəmgətirici effektlərə malikdir.İştəhanı və həzmi yaxşılaşdırır, meteorizmin qarşısını alır. Ödqovucu və sidikqovucu təsirlərinə görə bir çox xəstəliklərdə tətbiq olunur. Xalq təbabətində bu bitkinin kökündən ödemlərdə (həmçinin hamiləlik), pielonefritdə, ürək çatmamazlığında istifadə olunur. Qızılçətir otunun tozu- antimikrob, sidikqovucu, ağrıkəsici, regenerativ təsirləri vardır. Böyrəklərdə və sidik kisəsində olan daşların həll olmasını yaxşılaşdırır, spazmları, həmçinin sidik daşı, böyrək daşı, öd daşı xəstəliyi və xolesistit zamanı meydana çıxan ağrı simptomlarını effektiv aradan götürür. Proteinuriyada, ödemli proseslərdə istifadə edilir. Qızılçətir öz təmizləyici xüsusiyyətlərinə görə maddələr mübadiləsinə stimuləedici təsir göstərir. Rozmarin yarpaqlarının tozu -askorbin turşusu, mineral maddələr və dubil maddələr ilə zəngindir. İltihabəleyhinə,sakitləşdirici, yarasagaldıcı, miqrenəleyhinə,ödeməleyhinə təsirləri var. Qanazlığını aradan qaldırır və orqanizmi möhkəmləndirir.Həm xalq təbabətində həm də tibbdə rozmarin bitkisindən sidikqovucu, ağrıkəsici, sakitləşdirici və bəlğəmgətirici xüsusiyyətinə görə bir çox xəstəliklərdə istifadə olunur. Vitamin C- güclü antioksidant xüsusiyyətinə malikdir. Oksidləşmə-bərpa proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyası və qanın laxtalanmasında iştirak edir. İnfeksiyalara qarşı orqanizmi dözümlü edir. Vitamin B6- kalum- natrium mübadiləsini tənzimləyir, bununlada orqanizmdə artıq mayenin toplanmasının qarşısını alır.Okzalik turşusunun kalsium ilə birləşməsinə imkan vermir və bununlada böyrəklərdə daş əmələgəlməsinin qarşısını alır. Kalium sitrat - ödemlər zamanı sidiyin xaric olmasını yaxşılaşdırır, orqanizmdə su balansını bərpa edir,qan təzyiqini normallaşdırır. Maqnezium sitrat- Sidikdə duzları həll olunmuş formada saxlayır, duzların və kalsium birləşmələrinin çökməsinin qarşısını alır. Daşəmələgəlmənin qarşısını alır, kristallaşmanı ləngidir.
0 голосов
от
Salam Elurox dermanin yemeyden sonra ya evvel qebul edirler?

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...