Essensial fosfolipidlər fosfatidilxolin və doymamış yağ turşularından ibarətdir (linol, linolen, olein). Essensial fosfolipidlər insan orqanizmində aşağıdakı funksiyaları yerinə yetirir: Hepatositlərin membran bütovlüyünü bәrpa edir vә saxlayır; Qaraciyərdə lipoproteinlərin sintezini, lipidlərin mənimsənilməsini yaxşılaşdırır; Qaraciyərin detoksikasiya funksiyasını yaxşılaşdırır; Neytral piyləri və xolesterini asan mənimsənilmiş formaya çevirir; Qaraciyərinin fibroz toxumasının inkişafını ləngidir(antifibrotik effekt); Aterosklerotik damar zədələnmələrini aradan qaldırır (lipoproteinlərin qanda miqdarını normallaşdıraraq, aşağı sıxlıqlı lipoproteinləri aterosklerotik düyünlərdən, arteriya divarlarından təmizləyir); Qanın reoloji tərkibini normallaşdırır.