Təsiredici maddə: 1 ampulanın (2ml) içərisində 1 q etofenamat vardır. Köməkçi maddə: orta zəncirli triqliserid həlqəsi
ETOFLEX ampul lipofil olduğu üçün etofenamatın hidrofil formasından fərqli olaraq uzun müddətli təsir göstərir. Aktiv maddə dərman preparatının tərkibindən tədricən sorulması nəticəsində 24 saata qədər öz təsirini saxlayır. Etofenamatın farmakokinetikası əzələ daxilinə yeridildikdə yaşdan asılı olaraq dəyişilmir. T1/2 max 2 saat, Tmax -5,4 saat, Cmax 0,633mmol/1 təşkil edir. Etofenamatın 98-99%-i plazma zülalları ilə birləşir.Yarımçıxarılma dövrü (elimination half-life) təqribən 1,9 saat təşkil edir, son eliminasiyanın yarımçıxarılma dövrü (terminal half-life) 34,5 saatdır. ETOFLEX preparatının təsiri tez başlayır (1/2-1 saata) və uzun müddət (24 saat) davam edir. Təqribən 35%-i metabolitlər və ya konyuqat şəklində, qalan hissəsi isə əsasən ödlə xaric olur.