DİPEP kapsulları dispepsiyanın terapiyasında və iştahgətirici kimi istifadə olunur. Pepsin - zülalları parçalayan və onların mənimsənilməsini təmin edən enzimdir. Amilaza - Aspergillus oryzae-dan alınmış ferment olub, nişastanı qlükozayadək parçalayır. Papain - zülalları parçalayan fermentdir. Sitaza - bitki mənşəli qidanı D-qlükozayadək parçalayır. Lipaza - qida ilə daxil olan yağları bağırsaqda sorula bilən vəziyyətə qədər parçalayan fermentdir. Bu fermentlər kompleksi zülalların, yağların və karbohidratların mənimsənilməsini təmin edir.