DİOS-VEN xaricə istifadə üçün venotonik kremdir.Angioprotektor,antitrombotik,antieksudativ və iltihab əleyhinə təsirlərə malikdir. DİOS-VEN krem əsas komponentləri olan mikronlaşmış diosmin və hesperidin sayəsində, venaların tonusunu artırır,venoz durğunluğun həcmini azaldır, ödemi aradan qaldırır.Kapilyarların rezistentliyini artırır,onların kövrəkliyini, artmış keçiriciliyini azaldır,mikrosirkulyasiyanı və damarların qidalanmasını yaxşılaşdırır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir.