venotonik, angioprotektiv, venoprotektiv. DIOS-VEN venaların tonusunu artırır, venoz durğunluğu və venoz stazın həcmini azaldır. Kapillyarların rezistentliyini artırır, onların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır. DIOS-VEN leykositlərin damar endotelinə yapışmasının qarşısını alır, nəticədə iltihab mediatorlarının vena klapanlarına zədələyici təsirinin qarşısı alınır. Tərkibindəki diosmin unikal texnologiya – mikronlaşma - əsasında emal olunmuşdur, bu səbəbdən də, tərkibinə mikronizə olunmamış diosmin daxil olan bənzər preparatlarla müqayisədə tam və sürətli absorbsiya olunur, tez təsir göstərir. Əməliyyatdan sonrakı dövrdə ortostatik hipertenziya zamanı damar müqavimətini artırır, sistolik və diastolik təzyiqi yaxşılaşdırır. Limfatik drenajı yaxşılaşdırır, venoz və limfa ödemlərinin həcmini azaldır. Uşaqlıqdaxili spiral təyinindən və fleboektomiyadan sonra baş verən qanaxmaların profilaktikası zamanı effektivliyini təsdiqləyən məlumatlar da mövcuddur