+3 səs
510 baxış
Tibb, Sağlamlıq bölməsində

DELAYF dərmanı

1 cavab var:

0 səs
DELAYF az miqdarda maye ilə daxilə qəbul edilir. 1 damcıda 400 BV D3 vitamini vardır. Profilaktik məqsədlə: -Vaxtında doğulmuş uşaqlara həyatının 3-4-cü həftəsindən 2-3 yaşadək 1-2 damcı ( 400-800 BV ) -Yarımçıq doğulmuş uşaqlar , əkizlər, normal şəraitdə yaşamayan uşaqlar həyatının 7-10 – cu günündən gün ərzində 2-3 damcı (800 - 1200 BV) istifadə olunur. Yay mövsümündə doza azaldılır- gün ərzində 1 damcı (400 BV). -Hamilə qadınlar gün ərzində 1 damcı (400 BV) bütün hamiləlik müddətində və ya hamiləliyin 28-ci həftəsindən başlayaraq gün ərzində 2 damcı (800 BV). -Postmenopauza dövründə gün ərzində 1-3 damcı (400-1200 BV) fasilələrlə qəbul olunur. Müalicəvi məqsədlə: - Raxit zamanı raxitin ağırlıq dərəcəsindən ( I,II, və III) və gedişindən asılı olaraq gün ərzində 5-12 damcı (2000 - 4800 BV) və ya başlanğıc doza gün ərzində 5 damcı (2000 BV) 3-4 gün təyin olunur , sonra doza artırılır 8 damcı (3200 BV). Müalicə 4-6 həftə müddətində aparıilr. Sümüklərdə nəzərəçarpan dəyişikliklər varsa gün ərzində 12 damcı (4800 BV) qəbul olunur. Ehtiyac varsa 1 həftə fasilədən sonra müalicə təkrarlanır. Müalicəvi nəticə aldıqdan sonra profilaltik dozada qəbul olunur – gün ərzində 1-2 damcı (400-800 BV). -Raxitəbənzər xəstəliklər zamanı gün ərzində 50-75 damcı (20 000- 30 000 BV) 4-6 həftə qəbul olunur, sora müalicə saxlayıcı dozaya keçirilir. -Osteoporozun müalicəsində- 3 – 6 damcı (1200-2400 BV). -Hipoparatireozun və psevdohipoparatireozun müalicəsində- 18 – 40 damcı (7200 BV-16000 BV). Müalicə kursu laborator cavablardan asılı olaraq fərdi təyin olunur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...