Diklofenak fenilsirkə turşusu törəməsidir. Ağrıkəsici, iltihab əleyhinə və antipiretik təsirə malikdir. Təsir mexanizmi prostaqlandinlərin sintezini blokada etməsi ilə əlaqədardır. SOG-1 və SOG-2 fermentlərini blokada etməklə iltihab ocağında prostaqlandinlərin sintezini tormozlayır. Yerli olaraq istifadə olunduğu üçün dəridən asanlıqla sorulur iltihab ocağına tez bir zamanda penetrasiya edir. Seçici olaraq sümük toxumasında və sinovial mayedə daha çox konsentrasiya toplayır.