+3 səs
143 baxış
Tibb, Sağlamlıq bölməsində

DİKLOBRÜ məhlulu

1 cavab var:

0 səs
Diklobrü (diklofenak) - qeyri-steroid quruluşlu iltihabəleyhinə preparatdır. İltihab əleyhinə, ağrıkəsici və qızdırmasalıcı xüsusiyyətlərə malikdir. İn vitro diklofenak prostaqlandinsintetazanı blokadaya alır, həmçinin trombositlərin aqreqasiyasını ləngidir. Siklooksigenazanı, araxidon zəncirinin reaksiyalarını tormozlayır və PQE2, PQF2alfa, tromboksan A2, prostasiklinin, leykotrienlərin sintezini və lizosomal fermentlərin xaric olmasını pozur. Trombositlərin aqreqasiyasını tormozlayırır; uzun müddət istifadə etdikdə desensibilizəedici təsir göstərir. Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, sakitlik və hərəkət zamanı baş verən oynaq ağrılarını yüngülləşdirir, hərəkət həcmini bərpa edir, oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır. Əməliyyat və travmalardan sonra iltihabi proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs müalicə alan poliartritli xəstələrdə sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında olduğundan çoxdur. İltihab əleyhinə təsiri asetilsalisil turşusuna, butadiona, ibuprofenə nisbətən daha güclüdür; indometasinlə müqayisədə daha güclü kliniki effekti var və xəstələr tərəfindən yaxşı qəbul olunması haqqında məlumatlar var. Revmatizm və Bexterev xəstəliyi zamanı prednizolona bərabərdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 18 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 18 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 18 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 18 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...