+3 səs
163 baxış
Tibb, Sağlamlıq bölməsində

DİAKARB tabletkası

1 cavab var:

0 səs
Təsiredici maddə: asetazolamid 250 mq Köməkçi maddələr: kartof nişastası, talk, qlikolat nişastanın natrium duzu.
Absorbsiyası - yüksəkdir. Preparatın 500 mq dozada daxilə qəbulundan 2 saat sonra plazmada maksimal konsentrasiyası qeydə alınır. Plasentar baryeri keçir. Qan zərdabının zülalları ilə əlaqəsi güclüdür. Dəyişilməmiş halda böyrəklərlə xaric olur.
Preparat daxilə, yalnız həkim təyinatı ilə qəbul edilir. • Ödem sindromu: Müalicənin əvvəlində gündə 1 dəfə, səhər 250-375mq (1 - 1,5 tablet). Maksimal diuretik effekt preparatı günaşırı və ya iki gün ardıcıl, sonra bir günlük fasilə ilə qəbul etdikdə əldə edilir. Diakarbı qəbul edərkən qan dövranı çatışmazlığı ilə bağlı müalicə, (məsələn üskükotu qlikozidləri ilə müalicə) davam etdirilməli, duz qəbulu azaldılmalı, kalium çatışmazlığı bərpa edilməlidir. • Qlaukoma: Böyüklər üçün: - açıqbucaqlı qlaukomada: gündə 1-4 dəfə 250 mq (1 tablet) 1000 mq-dan (4 tablet) artıq dozalar müalicənin effektivliyini artırmır. - ikincili qlaukomada: 250 mq (1 tablet) hər 4 saatdan bir. Bəzi xəstələrdə preparatın effektivliyi sutkada 2 dəfə 250 mq (1 tablet) dozadan sonra qeydə alınır (qısamüddətli müalicədə). - qlaukomanın kəskin tutmalarında: 250 mq-lıq (1 tablet) gündə 4 dəfə. Qlaukoma tutması zamanı uşaqlarda: bədən kütləsinin hər kq-na 10-15 mq olmaqla gündə 3-4 dəfə bölünmüş dozalarda. • Epilepsiya: Böyüklər üçün: 250-300 mq/sutka dozada bir dəfəyə qəbul edilir (3 gün ardıcıl, 4-cü gün fasilə). Uşaqlar üçün: 4-12 aylıq 50 mq/sutka dozada 1-2 dəfəyə; 2-3 yaşlı 50-125 mq/sutka dozada 1-2 qəfəyə, 4-18 yaşlı 125-250 mq dozada bir dəfə, səhər. Diakarbı digər qıcolma əleyhinə preparatlarla birgə istifadə edərkən, müalicənin əvvəlində sutkada 1 dəfə 250 mq qəbul olunur, ehtiyac olarsa dozanını tədricən artırırlar. Uşaqların sutkada 750 mq-dan artıq dozada istifadə etməsi məsləhət deyildir. • Dağ xəstəliyi: Preparatı sutkada 500-1000 mq olmaqla (2-4 tablet) bərabər dozalarda qəbul etmək məsləhətdir. Hündürlüyə sürətlə qalxma hallarında - bərabər dozalarla sutkada 1000 mq (4 tablet). Preparat hündürlüyə qalxmazdan 24-48 saat əvvəl qəbul edilir, xəstəliyin əlamətləri aradan qalxmazsa preparatı növbəti 48 saat üçün, lazım gələrsə daha artıq müddət qəbul etmək məsləhətdir. Preparatın qəbulu yaddan çıxmışsa növbəti qəbulda ikiqat doza qəbul etmək olmaz.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...