+3 səs
202 baxış
Tibb, Sağlamlıq bölməsində

DİABETON MR 60 MQ tabletkası 

1 cavab var:

0 səs
Təsiredici maddə: 1 ədəd DİABETON MR 60 mq-lıq, təsiredici maddəsi modifikasiya olunmuş şəkildə xaric olan tabletin tərkibində 60 mq qliklazid vardır. Köməkçi maddələr: laktoza-monohidrat, maltodekstrin, hipromelloza, maqnezium-stearat, susuz kolloidal silisium-4 oksid
DİABETON MR 60 mq, modifikasiya edilmiş buraxılışı tabletlərin qəbulu zamanı həkim təlimatlarına həmişə ciddi riayət edin. Əgər dərman vasitəsinin düzgün qəbuluna dair şübhələriniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz. Həkim müalicəvi dozanı qanda, eləcə də ola bilsin ki. sidikdə şəkərin miqdarına əsasən müəyyən edir. Xarici faktorların istənilən şəkildə dəyişməsi (çəkinin azalması, həyat tərzinin dəyişdirilməsi, stress) və ya şəkərin səviyyəsinin yaxşılaşması qliklazidin dozasının dəyişdirilməsini tələb edə bilər. Adətən doza yarım tabletdən 2 tabletədək (maksimum 120 mq) olmaqla gündə bir dəfə səhər yeməyi zamanı qəbulu nəzərdə tutulur. Bu, müalicəyə yatımlılıqdan asılıdır. DİABETON MR 60 mq tabletlərin alfa-qlikozidazanın inhibitoru olan metformin və ya insulinlə birlikdə qəbulu hallarında həkim fərdi olaraq sizin üçün hər bir preparatın lazımi dozasını müəyyən edir. Əgər DİABETON MR 60 mq Sizə həddən artıq güclü və ya lazım olduğundan az təsir etdiyini hesab edirsiniz, müalicə həkimlə və ya əczaçınızla məsləhətləşin. Qəbul qaydası: Tabletlər daxilə (peroral) qəbul edilir. Tabletin yarısını və ya bütöv tableti udmaq lazımdır. Tabletləri xırdalamaq və ya çeynəmək olmaz. Tabletlərin səhər yeməyi zamanı bir stəkan su ilə qəbulu tövsiyə edilir (hər gün eyni vaxtda qəbulu məqsədəuyğundur). Tabletlərin qəbulundan sonra mütləq qida qəbul edilməlidir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...