+3 гол-в
134 просмотров
от в категории Tibb, Sağlamlıq

BİOTAKSİM tozu

1 Ответ

0 гол-в
от
Antibiotik parenteral yeritmə üçündür. Sefotaksim – geniş spektrli antibakterial fəallığa malik III nəsil yarımsintetik sefalosporin antibiotikidir. Onun təsir mexanizmi bakterial hüceyrənin membranının sintezini zəiflətməsi ilə əlaqədardır. Sefotaksimin metabolizmi nəticəsində orqanizmdə qeyri-spesifik esterazalardan fəal məhsul olan – diasetilsefotaksim əmələ gəlir. Bu bakterial effektin müddətini əhəmiyyətli dərəcədə uzadır, dərmanın antibakterial fəallığını artırır. In vitro sefotaksim həm qrammüsbət, həm də qrammənfi mikroorqanizmlərin əksəriyyətinə təsir göstərir və β-laktamazaya qarşı yüksək səviyyəli rezistentlik nümayiş etdirir. Bu antibiotiklər qrammənfi mikroorqanizmlər, xüsusən enterobakteriyalar tərəfindən ayrılan β-laktamazaların güclü ingibitoru sayılır. In vitro sefotaksimə qarşı həssas olan qrammənfi bakteriyalar arasında enterobakteriyalar ailəsindən olan çoxsaylı ştammlar Citrobacter spp, Enterobacter spp, Escherichia coli, Klebsiella spp.-lərin çoxlu ştammları, Proteus spp, Providencia spp., Salmoenlla spp., Serratia spp., həmçinin Shigella spp, Haemophilus influenzae, Neisseria gonorrhoeae qrammüsbət və qrammənfi ştammları, həmçinin ona qarşı həssas olan N. meningiditis vardır. Pseudomonas növlü bəzi ştammlar, həmçinin in vitro sefotaksimə qarşı həssaslıq nümayiş etdirirlər. Sefotaksim bir sıra qrammüsbət bakteriyalara qarşı in vitro fəaldır, ayrılıqda streptokokklar və stafilokokklara qarşı fəaldır. (amma metisillin rezistentli S. aureus sefotaksimə qarşı rezistentdir). Bəzi anaeroblar in vitro sefotaksimə qarşı həssasdır, baxmayaraq ki, B. fragilis və Clostridium spp.-nin müəyyən ştammları rezistentlik nümayiş etdirirlər. Sefotaksim in vitro qrammənfi bakteriyalara qarşı, aminoqlikozid antibiotiklərlə qarşılıqlı fəaliyyətdə sinergizm nümayiş etdirirlər, ayrı-ayrılıqda Pseudomonas aeruginosa-ların müəyyən ştammlarına qarşı da bu hal baş verir. Könüllü sağlam adamlar üzərində aparılan tədqiqatlarda bir dəfəlik dozaları yeritdikdən sonra qanda maksimal toplanmaların orta həddinə 11.7 və 20.5 ml müvafiq olaraq 30 dəqiqədən sonra nail olunmuşdur. Antibiotikin yarımparçalanma dövrü təxminən 1 saata bərabərdir. Gündəlik hər 6 saatdan bir 1 q venadaxili infuziyalardan 14 gün sonra sefotaksimin toplanması qeydə alınmamışdır. Sefotaksim plazmanın zülalları ilə 20-40 % əlaqələnir. O, sürətlə bədənin mayelərinə və toxumalarına, ayrı-ayrılıqda bronxlara, ağciyərlərə, prostata və vəzilərə nüfuz edir. O, həmçinin, döl-cift baryerini keçir və ana südünə nüfuz edir. Serebrospinal meningit zamanı yüksək dozalarla yeridilmiş dərman sürətlə serebrospinal mayeyə keçir. Dərman qaraciyərdə 30-40% emal olunaraq, antibakterial fəal dioksetil sefotaksimə çevrilir ki, bunun da qanda toplanması maksimal olaraq daxil edildikdən 2-3 saat sonra baş verir. Bu birləşmənin müalicəvi birləşməsi qanda 6-8 saat ərzində qalır. Diasetilsefotaksimin qanda yarımparçalanma dövrü parçalanma məhsullarına nisbətən daha çoxdur, hansı ki, bu böyüklərdə 1.6 saat, uşaqlarda 2.1 saat, yenidoğulmuş uşaqlarda isə, 9.4 saat çəkir. Sefotaksimin daxil edilmiş dozasının təxminən 60%-i sidiklə dəyişilməz halda 24 saat ərzində xaric olur, 20%-ə qədəri qeyri-fəal metabolitlər və diasetilsefotaksim şəklində, yerdə qalan 20%-i isə öd vasitəsilə məhv edilir.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...