+3 гол-в
143 просмотров
от в категории Tibb, Sağlamlıq

BİODASİNA məhlulu 

1 Ответ

0 гол-в
от
Amikasinə, aminoqlikozidlər qrupundan olan digər antibiotiklərə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq olduqda Biodasina preparatını istifadə etmək olmaz. Miasteniyası olan pasiyentlərdə istifadə olunmur. Biodasina dərman preparatından istifadə edərkən xüsusi ehtiyatlılığa əməl etmək lazımdır. Biodasina dərman preparatını pasiyentin vəziyyətinə daimi nəzarət etməklə ciddi şəkildə həkimin göstərişlərinə əsasən istifadə etmək lazımdır. Düzgün istifadə olunmadıqda Biodasina sidikqovucu yolların ağır fəsadlarına və (və ya) eşitmənin və müvazinətin pozulmasına, hətta karlığa səbəb ola bilər. Böyrəklərə (nefrotoksik təsir), eşitməyə (ototoksik təsir) zədələyici təsir, sinirlərin zədələnməsi (neyrotoksik təsir) ən çox böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə və tövsiyə olunduğundan artıq müddətdə dərman preparatının yüksək dozaları ilə müalicə olunan pasiyentlərdə inkişaf edir. - Biodasina dərman preparatı ilə müalicəyə başlamazdan əvvəl hər bir şəxsdə böyrək funsiyalarının və eşitmə qabiliyyətinin müayinəsi həyata keçirilməlidir (kreatinin klirensi müəyyən edilir, əsaslandırılmış hallarda audioqram aparılır). Böyrəklərin funksional pozğunluğu zamanı müvafiq olaraq doza azaldılır. - Müalicə müddətində amikasinin böyrəklərdə toplanmasının və böyrək kanalcıqlarının zədələnməsinin qarşısını almaq məqsədilə (xüsusilə sidiyin sınaq müayinəsi zamanı sidikdə silindrlər, zülal, ağ və qırmızı qan cisimcikləri müşahidə edildikdə) pasiyent adekvat şəkildə su ilə təmin edilməlidir, çoxlu miqdarda maye qəbul edilməlidir, lazım olan məhlulların venadaxili yeridilməsi də həyata keçirilə bilər. Sidiyin miqdarı azalmış pasiyentlərdə və qeyri-standart dozalanma zamanı antibiotikin orqanizmdə kumulyasiyası və arzuolunmaz effektlərin inkişafı mümkündür.Dərman preparatının kumulyasiyası və toksiki təsir simptomları təsdiq olunduğu halda hemodializ və ya peritoneal dializ həyata keçirilir. - Xaric olan sidiyin miqdarı azaldığı, qanda azotun miqdarı yüksəldiyi və ya eşitmə pozulduğu halda Biodasina dərman preparatı ilə müalicəni dərhal dayandırmaq lazımdır. Qulaqlarda küy, başgicəllənmə, yüksək tezlik diapazonunda eşitmənin itirilməsi dərman preparatının toksiki təsirinin ilk simptomları ola bilər. - Müalicə müddətində böyrəklərin funksiyasına və eşitməyə vaxtaşırı nəzarət edilməlidir (xüsusilə böyrək çatışmazlığı olan pasiyentlərdə, ahıl yaşlı pasiyentlərdə və ən kiçik uşaqlarda). Qanda amikasinin konsentrasiyasına nəzarət edilməsi göstərişdir, xüsusilə növbəti dozanın yeridilməsindən əvvəl. Bu konsentrasiya 2-3 mq/l-dən yüksək olmamalıdır. - Əvvəllər aminoqlikozidlərlə aparılan müalicə barədə, xüsusilə toksiki təsir simptomları meydana çıxdıqda (böyrəklərin və VIII kəllə sinirinin zədələnməsi) həkimə məlumat verilməlidir. - Venadaxili infuziya tövsiyələrə uyğun olaraq, tədricən həyata keçirilir, belə ki, dərman preparatının həddindən artıq yüksək sürətlə yeridilməsi sinir-əzələ blokadasına və tənəffüsün dayanmasına səbəb ola bilər. - Parkinson xəstəliyi olan pasiyentlərdə və eyni zamanda miorelaksantlardan və anestetiklərdən istifadə edən pasiyentlərdə və ya sitrat konservantları ilə massiv hemotransfuziya zamanı dərman preparatından istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Həssas pasiyentlərdə tənəffüs pozğunluğu baş verə bilər (tənəffüs əzələlərinin iflici ilə müşayiət olunan sinir-əzələ blokadası). Bu reaksiya meydana çıxdığı təqdirdə kalsium duzlarından istifadə olunur, lazım gəldikdə isə ağciyərlərin süni ventilyasiyası həyata keçirilir. Biodasina dərman preparatının böyrəklərə, eşitməyə və ya sinir sisteminə zədələyici təsir göstərən dərman preparatları ilə eyni zamanda və ya onların istifadəsindən az sonra istifadəsi onların mənfi təsirlərinin toplanmasına səbəb ola bilər. - Biodasina dərman preparatını 14 gündən artıq istifadə etmək və tövsiyə olunan dozanı yüksəltmək məsləhət görülmür. - Digər antibiotiklərdən istifadə zamanı olduğu kimi, qeyri-həssas bakteriyaların törətdiyi superinfeksiyaların inkişaf etmə təhlükəsi mövcuddur. Dərman preparatının bəzi komponentləri haqqında mühüm məlumat: Dərman preparatının köməkçi maddəsi natrium-hidrosulfat allergiyaya meylli pasiyentlərdə, xüsusilə bronxial astması olan pasiyentlərdə allergik reaksiyalar və ağır astma tutmaları törədə bilər

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 21 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 18 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 18 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 18 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 18 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...