+3 səs
153 baxış
Tibb, Sağlamlıq bölməsində

BİLOSAN FORTE məhlulu

1 cavab var:

0 səs
Məbəd ağacı ekstraktının (Ginko biloba) – tərkibinə müxtəlif aktiv maddələr, o cümlədən bioflavonoidlər, flavonoid qlikozidlər, terpen trilaktonları, alkaloidlər, üzvi turşular və proantosianidlər, mikro- və makroelementlər (kalium, kalsium, magnezium, fosfor, dəmir, selen, titan, mis, manqan və s daxildir. Ginko biloba antioksidant, damargenişləndirici, işemiya əleyhinə, ödem əlyhinə, antiaqreqant, sidikqovucu və neyroprotektiv xüsusiyyətlərə malikdir, həmçinin mitoxondri tənəffüsünə təsir göstərir və damar tonusunu tənzimləyir. Ginko biloba fosfodiesteraza fermentinin aktivliyini azaldır, bu isə, damarların saya əzələ qatında siklik quanozin monofosfatın (sQMF) toplanmasına, plazmada kalsium ionlarının konsentrasiyasının, hüceyrənin yığılma qabiliyyətinin azalmasına – vazodilyatasiyaya səbəb olur. Ginko biloba həmçinin damar endotelində relaksasiyaedici amilin sintezini gücləndirir. Damar tonusunu azaldır, həm baş beyin, həm də böyrək qan dövranını yaxşılaşdırır. Trombosit- aktivləşdirici amilin aktivliyini azaldaraq antiaqreqant təsir göstərir, qanın reoloji xüsisiyyətlərini yaxşılaşdırır, trombosit və eritrositlərin aqreqasiyasını azaldır, tromb formalaşmasının, arteriyaların tonusunu artıran mediatorların sintezinin qarşısını alır. Ginko biloba tərkibindəki flavonoid qlikozidləri, terpen trilaktonları, kalium, magnezium, fosfor, selen, mis, manqan sayəsində sərbəst radikalları neytrallaşdırır, antioksidant təsir göstərir. İşemiya əleyhinə təsiri hipoksiya şəraitində mitoxondrilərin tənəffüs aktivliyini artırması ilə əlaqəlidir. Ginko biloba neyroprotektiv təsirə də malikdir, NMDA-reseptorlarının aktivliyini aşağı salaraq, apaptoz təhlükəsini azaldır. Ginko biloba qlukozanın utilizasiyasını sürətləndirərək, karbohidrat mübadiləsini normallaşdırır. Ginko biloba noradrenalin, serotonin və dofamin mübadiləsinə də təsir göstərdiyinə görə, antidepressiv xüsusiyyətə malikdir. M-xolinoreseptorların asetilxolinə həssaslığını artırır,nootrop təsir göstərir. Ginko biloba beynin energetik proseslərini yaxşılaşdırır, hipoksiya və stres faktorlarına dözümlülüyü artırır. Gotu Kola ekstraktı (Centella asiatica) – əqli aydınlığı, yaddaşı, diqqətin cəmlənməsini yaxşılaşdırır, beyin yarımkürələri arasında tarazlığın yaranmasını təmin edir. Sressə dözümlülüyü, informasiya qəbul etmək qabiliyyətini artırır, həyəcan və gərginliyi azaldır, həmçinin – MSS-nin əaliyyətinə ümumi sakitləşdirici təsir göstərir. Tərkibində bioloji aktiv maddələr qlikozidlər, saponinlər, flavonoidlər olduğuna görə itihabəleyhinə, hormonal, ödqovucu,bakterisid, spazmolitik təsirlərə də malikdir. Saponinlər su-duz və xolesterin mübadiləsini tənzimləyir. Flavonoidlər ürək əzələsinin tonusunu artırır, şişəleyhinə effektlərə malikdir. Efir yağları preparatın iltihabəleyhinə, antimikrob, virusəleyhinə effektlərini gücləndirir. İmmun müqaviməti və potensiyanı artırır. Şirinbiyan ekstraktı (Glycyrrhiza glabra) - əmək qabiliyyətini yaxşılaşdırır,xroniki yorğunluq hissini azaldır. Şirinbiyan ekstraktı kortizolu qeyri-aktiv forma olan kortizon-9-a çevrilməsini təmin edən 11 p-hidroksisteroid dehidrogenaza-2 fermentinin aktivliyini azaldır, nəticədə kortizolun hüceyrə konsentrasiyası artır. Kortizolun səviyyəsinin normallaşması fiziki zəifliyi azaldır, əmək qabiliyyətini yaxşılaşdırır. Tərkibindəki qlabren və qlabridin izoflavonoidləri SERT (serotoninin geriyə tutulmasına cavabdeh olan zülal) zülalina təsir göstərərək serotoninin MSS hüceyrələri tərəfindən geriyə tutulmasını təmin edir, antidepressiv təsir göstərir. Aşağı sıxlıqlı lipoproteinlərin oksidləşməsinin qarşısını alır, ümümi xolesterinin səviyyəsini azaldır, endotel hüceyrələri tərəfindən adgeziv molekul olan İCAM-1 (Inter-Cellular Adhesion Molecule-1) və E-selektin12-nin sintezini azaldır, həmçinin endotel hüceyrələrində DNT sintezini stimullaşdırır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...