Preparat mukolitik (sekretolitik) və bəlğəmgətirici təsir göstərir. Preparat sekretin həm tərkibinə, həm də bronx epitelində qlikoproteidlərin sintezinə təsir göstərir. Zəif iltihab əlehinədə təsir göstərir. Bəlğəmin özüllüyünü və elastikliyini azaldaraq, xaric olmasını asanlaşdırır. Daxili surfaktantın sintezini artırır, tənəffüs prosesində alveolların stabilliyini təmin edir. Preparat öz təsirini müalicəyə başlayandan 2-5 gün sonra özünü göstərir.