+3 səs
269 baxış
Tibb, Sağlamlıq bölməsində

BIVITA dərmanı 

1 cavab var:

+2 səs
 
Vitamin B1 – enerji mübadiləsində əsas maddə olub mərkəzi və periferik sinir sisteminin , ürək – damar və endokrin sistemin işini normallaşdırır. Vitamin B1orqanizmdə fosforlaşaraq kokarbaksilazaya çevrilir, kokarboksilaza isə müxtəlif fermentativ reaksiyalarda iştirak edir. Karbohidrat, zülal və yağların mübadiləsində mühüm rol oynayır. Həmçinin sinapslarda baş verən sinir oyanıqlığında müsbət təsir göstərir. Hüceyrə membranını toksiki təsirlərdən qoruyur. Vitamin B2 – karbohidrat, zülal və yağların enerji mübadiləsində iştirak edir, sinir sistemini requlə edir. Gözün görmə qabiliyyətinə və dəriyə müsbət təsir göstərir. Vitamin B6 – bir çox maddələr mübadiləsində iştirak edir. Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün əvəzolunmazdır. Niasin ( vitamin B3 ) – əsas fermentlərin tərkibinə daxildir. Karbohidratların, zülalların mübadiləsində və həmçinin hüceyrə qidalanması proseslərində iştirak edir. Sinir sistemi və mədə - bağırsaq traktının işini normallaşdırır. Həmçinin qan yaranma proseslərində iştirak edərək kapillyarlara genişləndirici təsir göstərir. Ürək – damar sistemi xəstəliklərində profilaktik məqsədlə istifadə olunur. Pantoten turşusu ( vitamin B5 ) – karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Mərkəzi və periferik sinir sisteminin funksionallığını normallaşdırır. Qanyaranma prosesinə müsbət təsir göstərir. Vitamin B12 (siankobalamin) – immunomodulyator, allergiya əleyhinə, qanyaradıcı funksiya daşıyır, sinirlərin mielin qişasının əmələ gəlməsində iştirak edir, genetik materiallın (nuklein turşularının) sintezini təmin edir. Transmetilləşmə, metionin, nuklein turşuları və xolinin sintezində iştirak edir. MSS-nin fəaliyyətinə müsbət təsir göstərir, beyinin işini yaxşılaşdırır. Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır. Biotin (Vitamin H, Vitamin B7) yağ turşularının metabolizmində mühüm faktor kimi çıxış edir. Biotin hüceyrə inkişafında iştirak edir, qanda şəkərin miqdarını tənzimləyir. Xüsusilə sümük iliyi və sinir toxuması üçün də çox əhəmiyyətli tərəfləri var.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...