Tərkibində B qrupu vitaminləri olan kombinəolunmuş preparatdır. Vitamin B1 (tiamin) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiyalarında koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir. Vitamin PP (nikotinamid) toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində iştirak edir. Riboflavin hüceyrə tənəffüsündə katalizatordur. Vitamin B6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosforlaşmış formada aminturşuların metabolizmində koferment kimi iştirak edir. Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, serotonin, histamin və qamma aminoyağ turşusu) biosintezində iştirak edir.