+3 səs
483 baxış
Tibb, Sağlamlıq bölməsində

BEPADERM geli

1 cavab var:

+2 səs
 
Yerli istifadə üçün kombinə olunmuş preparatdır. Gel toxuma regenerasiyasını stimulə edərək, zədələnmiş toxumanı bərpa edir. Tərkibinə daxil olan D - pantenol patotenat turşusunun törəməsidir. Dərinin regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini normallaşdırır. Dəri və toxuma zədələnmələri zamanı D - pantenola təlabat yaranır. Regenerasiyaedici, zəif iltihab əleyhinə təsir göstərir. Bepaderm G-nin tərkibindəki sidik cövhəri kiçik molekulyar kütləyə malik olub, dərinin dərin qatlarına keçmək xüsusiyyətinə malikdir. Osmotik aktiv maddə olduğundan dəridə suyun saxlanmasına səbəb olur. Dərinin nəmlənməsinə səbəb olmaqla yanaşı, gelin tərkibindəki digər aktiv maddələrin də dəriyə ötürülməsini sürətləndirir. Sidik cövhəri allergik reaksiyalar, əlavə təsirlər verməməsinə görə geniş istifadə edilir. Qabıq vermə və qurumanın qarşısını alır. Zədələnmiş dərini bərpa edir və nəmliyi qoruyub saxlayır. Bepaderm G-nin tərkibinə daxil olan komponentlər dəriyə intensiv olaraq nəmləndirici təsir göstərərək, əvvəlki yumşaqlılğını və hamarlığını qaytarır. Bepaderm G dərini qurumaqdan qoruyur, çat və qabıq vermənin əmələ gəlməsinin qarşısını alır. Yapışqanlıq hissi yaratmır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...