+3 səs
589 baxış
Tibb, Sağlamlıq bölməsində

BENORAL B COMPLEX dərmanı 

1 cavab var:

+2 səs
 
Vitamin B1 (tiamin hidroxlorid) – orqanizmdə tiamin-pirofosfata (kokarboksilazaya) çevrilir; axırıncı müxtəlif dekarboksilazaların kofermenti olub, piruvat, alfa-ketoqlütaratın metabolizmində iştirak edir, qlükozanın metabolizmində vacib rol oynayır; hüceyrə membranını peroksidləşmə məhsullarının toksiki təsirindən qoruyur; orqanizmin müxtəlif funksiyalarına, maddələr mübadiləsinə, sinir-reflektorik requlyasiyaya təsir edir; sinapslarda impuls ötürücülüyünü təmin edir, qanqlioblokator təsirə malikdir. Vitamin B2 (riboflavin-5-fosfatın natrium duzu) bağırsaqlardan sorulduqdan sonra FMN (flavinmononukleotid) və FAD (flavinadenindinukleotid) kimi kofermentlərin əmələ gəlməsinə səbəb olur. FMN və FAD kofermentləri isə oksidləşmə-reduksiya reaksiyalarında, toxuma tənəffüsündə, enerji əmələ gəlməsində aktiv iştirak edən fermentlərin tərkib hissəsinə daxil olurlar. Mərkəzi və vegetativ sinir sisteminin funksiyasına yaxşı təsir edir, gözün görmə funksiyasını normallaşdırır. Vitamin B6 (piridoksin hidroxlorid) - maddələr mübadiləsində böyük rolu olub, mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir; orqanizmə daxil olarkən piridoksal-5-fosfata çevrilir və aminturşuların dekarboksilləşmə, yenidən aminləşməsində iştirak edir. Piridoksin hidroxlorid triptofan, metionin, sistein, qlütamin və digər aminturşuların mübadiləsində iştirak edir. O eyni zamanda histamin, vitamin B12 və fol turşusunun mübadiləsində də iştirak edir. QAYT, qlisin, serotoninin sintezi üçün vacibdir. Piridoksin hidroxlorid yağların da mübadiləsində iştirak edir, ateroskleroz zamanı lipid mübadiləsini yaxşılaşdırır. Vitamin B5 (kalsium pantotenat) – hüceyrə metabolizmini stimulə edir. Asetil KoA –nın koferment hissəsinə daxildir. Karbohidrat, yağ, zülal mübadiləsində iştirak edir, asetilxolin, steroid hormonların sintezinə səbəb olur. Miokardın hərəki fəaliyyətini yaxşılaşdırır. Vitamin PP (nikotinamid) - vitamindir, toxuma tənəffüsündə, oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən fermentlərin tərkib hissəsinə daxil olur. Heç bir hüceyrəni bu fermentlərsiz təsəvvür etmək olmaz. Quruluşuna görə nikotin turşusuna bənzəyir. Ondan fərqli olaraq damar genəldici xüsusiyyətə malik olmayıb, dəri örtüyündə qızartı, başda istilik hissi vermir. Nikotinamidin requlyar qəbulu I tip şəkərli diabet zamanı insulinə olan ehtiyacı azaldır. Sakitləşdirici xüsusiyyətə malik olub, həyəcanı götürür. Antioksidant xüsusiyyətə malikdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 19 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 23 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...