+3 гол-в
155 просмотров
от в категории Tibb, Sağlamlıq

B12 NB 500 dərmanı

1 Ответ

+2 гол-в
от
 
Лучший ответ
B12 vitamini suda həll olan vitamindir. Digər suda həll olan vitaminlərdən fərqli olaraq qaraciyərdə, böyrəklərdə və digər toxumalarda depolanır. DNT sintezində və sinir sisteminin normal fəaliyyət göstərməsində, qanazlığında əhəmiyyətlidir. Hafizə və diqqəti artırır. Qida maddələrinin orqanizmdən sorulması və həzmi üçün də bu vitaminə ehtiyac vardır. Siqaretin orqanizmə verdiyi zərərlərini azaldır. B12 vitamini defisiti: Kifayət qədər B12 tərkibli qidaların istifadə edilməməsi (vegetarianlarda) və ya onun absorbsiyasının pozulması, həddən çox alkoqol istifadə edilməsi, bəzi dərmanların uzun müddət qəbulu kimi səbəblərdən meydana çıxa bilər. Uzun müddət müalicə edilməzsə orqanizmdə ciddi xəstəliklərə yol aça bilər. Qanazlığı (eritrositlərin istehsalı üçün B12 ehtiyac var), sinir ağrıları, unutqanlıq, depressiya, qulaq cingildəməsi müşahidə olunur. Əl və ayaqlarda keyləşmə olur. Uşaqlarda B12 defisiti danışma və yerimə kimi davranışların daha gec ortaya çıxmasına səbəb ola bilər.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...