+3 səs
153 baxış
Tibb, Sağlamlıq bölməsində

Ağrı kəsici balzam

1 cavab var:

+2 səs
 
Ağrıkəsici balzam baş, əzələ və oynaq ağrılarında faydalı təsir göstərir. Balzamın təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır. Qaulteriya уаrpağı yağının tərkibində olan metilsalisilat, dubil maddələr, arbutin və tanin sağaldıcı, antiseptik, stimuləedici və yayındırıcı xassələri ilə tanınırlar. Tərkibində metilsalisilatın miqdarının çox olması hesabına Qaulteriya yağı xaricə istifadə üçün əzələ və oynaq xəstəliklərində ağrıkəsici və iltihab əleyhinə vasitələrin tərkibində istifadə edilir. Çöl nanəsi уаrpağı yağının tərkibinə efir yağları, о cümlədən mentol yağı daxildir. Nanə yerli ağrıkəsici və ödem əleyhinə təsir göstərir. Qərbi avropa təbabətində nanə dayaq-hərəkət sisteminin xəstəliklərində, revmatoid və əzələ ağrılarında xaricə istifadə olunur. Nanənin efir yağları sinir oyanıqlığını aradan qaldırır, spazmolitik təsir göstərir, baş beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır. Şam ağacı yağının tərkibinə α və β-pinen daxildir. Ağrıkəsici, antiseptik, iltihab əleyhinə təsir göstərir. Şam ağacının yağı oynaq iltihabında və onurğa ağrıları zamanı qan dövranını stimulə edir və qızdırıcı təsir göstərir. Artrit, revmatizm, əzələ ağrıları və spazm zamanı effektivdir. Şam ağacının yağı fiziki işdən sonra əzələlərdə yorğunluq və gərginlik hissini aradan qaldırmaq üçün təyin olunur

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 13 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 19 Apreldə, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim Tibb, Sağlamlıq bölməsində
...