+2 голосов
486 просмотров
от в категории Tibb, Sağlamlıq

ASFERON-C dərmanı

1 Ответ

0 голосов
от
Asferon C anemiya əleyhinə kombinə olunmuş vasitədir.Tərkibində dəmir II valentli dəmir- sulfat duzudur. Orqanizmdə dəmir defisitini bərpa edir, hemoqlobin sintezini həyata keçirir. Dəmir hemoqlobin, mioqlobin və bir sira fermentlərin tərkibinə daxildir. Dəmirin sulfat duzu dəmirin defisitinı sürətlə bərpa edir, başgıcəllənmə, taxikardiya,dəridə quruluq, tez-tez xəstələnmə və s. kimi əlamətləri aradan qaldırır və laborator göstəriciləiri normallaşdırır. Fol turşusu meqaloblastların yaranması və normoblastların yetişməsi üçün vacibdir. Eritropoezi stimulyasiya edir.Aminturşu sintezində, purin, pirimidin, nuklein turşularının mübadiləsində iştirak edir. Fol turşusu hüceyrə bölünməsi ( xüsusən sinir hüceyrəsi, selikli qişalar) üçün vacibdir.Hamiləlik zamanı fol turşusuna tələbat kəskin artır. Çünki intensiv olaraq hüceyrələrin yaranması və inkişafı baş verir. Embrional inkişaf dövrü və qanyaranma zamanı fol turşusu hüceyrə və toxumaların yaranması, inkişafı və formalaşması prosesində, purin mübadiləsində iştirak edir. Hamiləlik zamanı fol turşusunun istifadəsi ürək qüsurlarının, özbaşına düşüklərin və ciftin soyulmasının qarşısını alır. Teratogen faktorlardan orqanizmi qoruyur. C vitamini dəmirin absorbsiyasını sürətləndirir, antioksidant təsir edir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+2 голосов
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 25 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...