Askorkapın tərkibində olan vitamin C oksidləşmə reduksiya proseslərində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, kapilyar keçiriliyin normallaşmasında, toxumaların regenerasiyasında, steroid hormonların, prokollagenin sintezində iştirak edir. Orqanizmin immun funksiyasında, yaraların sağalmasında, dəmirin mənimsənilməsində mühüm rol oynayır. Ascorkap həzm traktından asan sorulur, C vitaminin artıq miqdarı orqanizmdən tez bir zamanda böyrəklər vasitəsilə xaric olur və bu zaman sidiyin ph-nı bir qədər azaldır. Ascorkap uşaqlar və körpələr üçün vitamin C-nin ən optimal mənbəyidir. Ascorkap damcılarını süda, suya və şirələrə də əlavə etmək olar